CORNOMICS MMC hüceyrə kulturası, PZR və molekulyar genetika sahələrində sizlərə sürətli, etibarlı, keyfiyyətli xidmət etmək məqsədilə 2019-cu ildə fəaliyyətə başlamışdır. Şirkətimiz Corning, Axygen, Falcon, Labnet, Gosselin, Pyrex kimi dünya markalarının məhsullarının Azərbaycan təmsilçiliyini bir araya gətirmişdir.
Məhsullarımız universitetlərə, pzr laboratoriyalarına, süni mayalandırma (İVF) mərkəzlərinə, kökhüceyrə mərkəzlərinə, qida ve genetika laboratoriyalarına, elmi araşdırma layihələrinə tək ünvandan təmin olunur. Partnyorlarımızın verdiyi texniki dəstək sayəsində əməkdaşlarımız öz biliklərini davamlı olaraq artırırlar.
Fəaliyyətə başlamağımız COVİD-19 pandemiyasının başlamasıyla eyni dövrə təsadüf etdi. Pandemiyanın ağır dövrlərində qısa müddətdə təmsilçisi olduğumuz keyfiyyətli markaların məhsulları sayəsində pandemiya ilə mübarizədə şirkətimiz aparıcı dövlət və özəl laboratoriyalarının etibarını qazana bildi. Məqsədimiz laboratoriya sahəsində qabaqcıl istehsalçıların yeni texnologiyalarını ölkəmizdə təqdim etmək və daim yenilənməkdir.